Fars agentliyinin öz mənbələrinə istinadən verdiyi məlumata görə, İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif iqtisadiyyat və maliyyə naziri Abdulnasir Hümmətinin impiçmentindən sonra istefa verib. KİV-in məlumatına görə, Zərif istefa ərizəsini İran parlamentində Hümmətinin impiçmenti elan edildikdən dərhal sonra təqdim edib.Zərifin istefasını hələ ki,İran prezidenti Məsud Pezeşkianın qəbul etmədiyi bildirilir. Bununla Zərif ikinci dəfədir ki, İranın vitse-prezidenti vəzifəsindən istefa verir. O, ilk dəfə ötən ilin avqustunda işindən narazı olduğunu bildirərək istefa ərizə vermişdi, lakin İran prezidenti onu öz vəzifəsinə qayıdıb,vəzifəsinə davam etməyə razı sala bilmişdi. Surxay Əliyev