Rusiya Xarici İşlər Nazirliyi Ruben Vardanyanın və “Artsax”ın keçmiş “rəhbərlər”inin Rusiya vətəndaşları olmadığını şərh edib. Lakin münaqişənin həllində Rusiyanın uzunmüddətli vasitəçilik etdiyini və Rusiya sülhməramlılarının “Artsax” hakimiyyəti ilə əməkdaşlığını nəzərə alaraq, Moskva hazırda “hüquqları kobud şəkildə pozulan” bu insanların azad edilməsinə kömək edə bilərmi?
“Qeyd edildiyi kimi,doğrudan da adıçəkilən şəxslər Rusiya vətəndaşları deyillər. Lakin əminik ki, humanitar məsələlərin ikitərəfli Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə salınması Bakı ilə İrəvan arasında etimad mühitinin yaradılmasına töhfə verə bilər. Biz də öz növbəmizdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli sazişə, o cümlədən qaçqınların hüquqlarına hörmət, mədəni, tarixi və dini irsin qorunması, hərbi əməliyyatlar zamanı itkin düşənlərin axtarışı, məhbusların mübadiləsi kimi məsələlərin həllylə bağlı öhdəliklərimizi təsdiq edirik. Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin cavabında deyilir: “Biz azərbaycanlı və erməni tərəfdaşlarımıza tələb olunan yardımı göstərməyə hazırıq. Surxay Əliyev