"Fələstinin HƏMAS hərəkatı atəşkəs razılaşmasının birinci mərhələsini uzatmaqdan və bütün girovları azad etməkdən imtina edərsə, İsrail son çarə kimi Qəzza zolağında döyüşləri bərpa etməyi planlaşdırır." Bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb. Bildirilib ki, İsrail tərəfi bölgəyə humanitar yardımın daxil edilməsi ilə yanaşı HƏMAS-a qarşı təzyiqləri mərhələli şəkildə artırmaq niyyətindədir. İsrail bundan sonra Qəzza əhalisinin şimaldan cənuba təxliyə ediləcəyini elan edə və lazım gələrsə, anklava elektrik enerjisinin verilməsini tamamilə kəsə bilər.
Mətləb