ABŞ Prezidenti Donald Trampa daha bir qərar imza atıb. Ağ Ev sahibi “Truth Social” sosial şəbəkəsində ABŞ-ın kriptovalyuta ehtiyatının yaradılacağını elan edib. Bu ehtiyata “Bitcoin”, “Ethereum”, “Solana” (SOL), “Ripple” şirkətinin XRP-si, “Cardano” (ADA) və digər “qiymətli” rəqəmsal aktivlər daxil olacaq. “ABŞ-nin kriptoehtiyatı bu kritik sənayeni Bayden administrasiyasının illərlə davam edən korrupsion hücumlarından sonra yüksəldəcək. Buna görə də rəqəmsal aktivlər barədə fərmanım prezidentin işçi qrupuna XRP, SOL və ADA-nı ehtiva edən kriptostrategiya ehtiyatı üzrə irəliləməyi tapşırıb. Mən ABŞ-nin dünyanın kriptopaytaxtı olmasını təmin edəcəyəm”, – Tramp vurğulayıb.
Mətləb Salahov