Ukrayna Prezidenti Volodimir Zelenski Londonda keçirilən sammitdən sonra öz sosial şəbəkə hesablarında paylaşım edib. Ukrayna lideri bəyan edib ki, Rusiya ilə Ukrayna arasında müharibənin tənzimlənməsi istiqamətində ədalətli sülhün əldə edilməsi üçün bir sıra qərarlar hazırlanır.
SİTAT: “Biz tərəfdaşlarımızla təhlükəsizlik təminatlarını və Ukrayna üçün ədalətli sülh üçün şərtləri müzakirə edirik. Yaxın vaxtlarda bir sıra mühüm görüşlər və qərarlar açıqlanacaq”, - sitatın sonu.