“The Guardian” yazır ki, sammitə qatılan Zelenskini Böyük Britaniyanın baş naziri Kir Starmer qarşılayıb, yenidən onu bərk-bərk qucaqlayıb və kameralar qarşısında qısaca söhbət edib.
Kir Starmer İtaliyanın baş naziri Ceorciya Meloni ilə “müharibəyə son qoymaq və davamlı sülhə nail olmaq üçün birgə fəaliyyət planı hazırlamaq” üçün görüşdüyünü deyib. “Putindən başqa heç kim müharibənin davam etməsində maraqlı deyil, ona görə də Ukrayna ətrafında müttəfiqlərlə birliyi qorumaq ,o cümlədən Avropa ölkələri və ABŞ-la əməkdaşlıqda dövlətimizin mövqeyini gücləndirmək vacibdir”, - bunu Zelenski Telegram kanalında bildirib. London sammitində həmçinin Donald Tusk, Ulf Kristersson, Petr Fiala, Yonas Qar Store, Mette Frederiksen, Castin Tryudo, Dik Sxuf, Aleksandr Stubb və Pedro Sánçes (Polşa, İsveç, Çexiya, Norveç, Danimarka, Kanada, Hollandiya və Finlandiya baş nazirləri) iştirak edirlər; NATO-nun baş katibi Mark Rutte, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Aİ Şurasının sədri Antonio Kosta, Rumıniyanın fəaliyyətdə olan prezidenti İliye Boloyan və Türkiyənin xarici işlər naziri Hakan Fidan və Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı da iştirakcılar arasındadır.
Surxay Əliyev