Qərbdə parçalanmanın riskli olduğunu düşünən İtaliyanın baş naziri Corciya Meloni hesab edir ki, Ukrayna və ABŞ münasibətlərini yaxşılaşdırmalıdır. Corciya Meloni deyib ki, onun ölkəsi Britaniya ilə birlikdə ABŞ-la Ukrayna arasında körpü ola bilər.
O, həmçinin xəbərdarlıq edib ki, Qərbdəki parçalanma bizim hamımızı daha zəiflədəcək.Bu barədə The Telegraph yazır. Britaniyanın baş naziri Kir Starmerlə görüşü zamanı Corciya Meloni Avropa liderlərini Londonda sülh sammiti üçün bir araya gətirdiyinə görə təşəkkür edib. Onun sözlərinə görə, Böyük Britaniya və İtaliya Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün kordinasiyalı işləyir.
Bundan əvvəl Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü Sergey Raxmanin ABŞ-ın köməyi olmadan Ukraynanı nələrin gözlədiyi barədə danışıb. Onun sözlərinə görə, bu yardımı mediada bir qədər şişirdilsə də, yenə də vacibdir. Raxmaninə görə,ABŞ Ukraynaya yardımdan tamamilə imtina etsə bu, kritik olacaq, lakin fəlakətli olmayacaq. Bir şərtlə ki, bu boşluğun bir hissəsini Ukrayna daxili ehtiyatlarıyla, digər hissəsini isə Avropa kompensasiya etsin, deyə Sergey Raxmanin durumu dəyərləndirib. Bloomberg nəşri isə yazıb ki, Böyük Britaniya Ukrayna ilə ABŞ arasında razılaşmanı xilas etməyə çalışıb, lakin buna nail ola bilməyib, çünki Tramp qətiyyətlə buna qarşı çıxıb. ABŞ prezident administrasiyası isə münasibətlərin yaxşılaşdırılması üçün açıq şəkildə Zelenskinin üzr istəməsini istəyir.
Əliyev Surxay