Çexiya prezidenti Petr Pavel Ukraynada ədalətli sülhə nail olmaq istəyən ölkələrin yeni koalisiyasının yaradılmasına çağırıb. Bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Çexiya prezidenti qeyd edib ki,"Təcavüzkarın şərtləri ilə reallaşan "sülh" kapitulyasiya adlanır və bu bütün təcavüzkarları işğala həvəsləndirir. Ona görə də Azad dünya şərə müqavimət göstərməlidir".Eyni zamanda, Çexiyanın Baş naziri Petr Fiala bildirib ki, tərəfdaşlar Ukraynaya hərbi dəstəyi göstərməklə yanaşı öz müdafiə xərclərini də artırmalıdırlar. "Evlərimizdən cəmi bir neçə yüz kilometr məsafədə təcavüzkar Rusiyanın olmasını istəmiriksə, Ukraynaya hərbi dəstəyimizi artırmalıyıq. Əgər davamlı, uzunmüddətli sülh istəyiriksə, yaxşı silahlanmalıyıq. Bu, müdafiə xərclərini ÜDM-in ən azı 3%-nə qədər artırmadan baş verməyəcək", - deyə o vurğulayıb. Onun sözlərinə görə, əksini düşünən hər kəs “Çexiyanın milli təhlükəsizliyini təhlükə altına qoyur” – deyə Fiala yazıb: "Tarixi təcrübəmiz göstərir ki, səylərimizi kifayət qədər sürətlə artırmasaq və təcavüzkara şərtləri diktə etməyə imkan versək, bunun sonu yaxşı olmayacaq.
Əliyev Surxay