“La Tribune Dimanche” xəbər verir ki, bunuFransa prezidenti Emmanuel Makron deyib.Makron xəbərdarlıq edib ki, Rusiya Avropa üçün ən ciddi təhlükədir. “Sərhədlərimizdə həddindən artıq silahlanmış və təcavüzkar Rusiya var”, deyə o, bildirib. Makron hesab edir ki, əgər Vaşinqton Ukrayna üçün heç bir təhlükəsizlik zəmanəti olmadan atəşkəs sazişi imzalamağa razılaşsa, o zaman ABŞ-ın Rusiya, Çin və digərlərinə qarşı geostrateji çəkindirmə qabiliyyəti elə həmin gün yox olacaq. Fransa prezidenti əmindir ki, ABŞ-ın Ukrayna ilə dialoqu bərpa etməkdən başqa yolu yoxdur. "Amerikalıların açıq-aşkar taleyi ukraynalıların tərəfində olmaqdən asılıdır, buna heç bir şübhəm yoxdur. ABŞ-ın son üç ildə gördüyü işlər onun diplomatik və hərbi ənənələrinə tamamilə uyğundur. Amerikalılar bilməlidir ki, Ukraynadan qopmaq heç cür onların maraqlarına uyğun deyil".
Surxay Əliyev