Böyük Britaniyanın baş naziri Keir Starmer bəyan edib ki, London Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli üçün yeni plan hazırlamaq üçün Fransa, Ukrayna və digər ölkələrlə işləmək fikrindədir.
Starmer canlı yayımda BBC-yə müsahibəsində bildirib ki, bu qərar Ağ Evdə prezident Vladimir Zelenski ilə Donald Tramp arasında baş verən mübahisədən sonra verilib. “Böyük Britaniya, Fransa və bəlkə də bir və ya iki başqa Avropa dövləti döyüşləri dayandırmaq üçün Ukrayna ilə birgə plan üzərində işləyəcək və sonra biz bu planı ABŞ-la müzakirə edəcəyik”, - deyə Starmer bildirib. Surxay Əliyev