ABŞ prezidenti Donald Trampa yaxınlığıyla tanınan teleaparıcı Taker Karlson Ukrayna lideri Vladimir Zelenskini siyasi qətllərdə və qanunsuz silah satışında ittiham etməyə çağırıb.
Bu barədə bəyanat jurnalistin X sosial şəbəkəsindəki səhifəsində dərc olunub. Karlson senator Lindsi Qremın Ukrayna prezidenti ilə dostluqdan istefaya çağırışlara qədər "heyrət doğuran" dönüşündən də danışıb. Karlson bunu "Zelenskinin mətbuat konfransının ən diqqət çəkən məqamlarından biri" kimi dəyərləndirib "Onların hər ikisi köhnə dostdur, lakin Qrem bir saat ərzində ondan imtina etdi.Çünki Lindsi Qrem bundan sonra nə olacağını bilir", - deyə Karlson qeyd edib
Surxay Əliyev