Sky News hesab edir ki, Böyük Britaniyanın baş naziri Kir Starmer Zelenskinin Londona səfəri zamanı “qəsdən” bayıra çıxıb və Ukrayna prezidenti qucaqlayıb onunla səmimi görüşüb.
Sky News xəbər verir ki, hər iki lider Zelenskinin bir gün əvvəl ABŞ prezidenti Donald Trampla “uğursuz” görüşündən sonra xüsusi əhəmiyyət kəsb edən danışıqlar üçün baş nazirin iqamətgahına yollanıb. Onların salamlaşma anını şərh edən nəşr Starmerin bu jestin bütün dünyada görünməsini istədiyini qeyd edir."Düzünü desək, Kir Starmer Zelenskiylə uzun müddət qucaqlaşdı ki, ABŞ prezidentinin və vitse-prezidentin fikrindən asılı olmayaraq, heç kimin bu münaqişənin həlli üçün hansı tərəfi seçdiyi şübhəsi qalmasın", - deyə nışr qeyd edir.. Bundan sonra baş nazir kameralar önündə Zelenskinin bütün Böyük Britaniyada tam dəstəkləndiyini və bu ölkənin həmişə Ukraynanın yanında olacağını vurğulayıb.
Surxay Əliyev