NATO-nun baş katibi Mark Rutte Ukrayna prezidenti Zelenskini ABŞ prezidenti Donald Trampla münasibətləri yaxşılaşdırmağa çağırıb. O, bildirib ki, Zelenski Trampla münasibətləri yaxşılaşdırmaq üçün bir yol tapmalıdır.
Rutte, Ağ Evdə yaşanan gərginlikdən sonra Zelenski və Trampla telefonla danışdığını deyib. Danışıqların detallarını açıqlamaq səlahiyyətinin olmadığını deyən Rutte, Zelenskiyə Trampın indiyə qədər Ukrayna üçün etdiklərinə hörmət edilməli olduğunu söylədiyini bildirdiyini deyib.
“Trampın haqqı verilməlidir” deyən Rutte, tərəflər arasında münasibətlərin düzəldilməsi gərəkdiyini bildirib: "Zelenskinin ABŞ prezidenti və yüksək səviyyəli Amerika rəhbərliyi komandası ilə münasibətləri bərpa etmək üçün bir yol tapması vacibdir".
NATO-nun baş katibi daha sonra deyib: "Zelenski ilə iki dəfə telefonla danışdım. Ona dedim: Ukraynada davamlı sülhə nail olmaq üçün ABŞ, Ukrayna və Avropa olaraq birlikdə hərəkət etməliyik".
Rutte həmçinin Trampın ilk prezidentliyi dövründə ABŞ-ın “Javelin” tank əleyhinə raket kompleksinin satışını təsdiqlədiyini xatırladıb və əlavə edib ki, bu, Ukraynaya Rusiyaya qarşılıq verməyə imkan verib.
TAHİR