Rusiya artıq mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılacaq ölkələrin siyahısını tərtib edilib. Bəs hansı dövlətlər paradda iştirak edəcək? Serbiya və Slovakiya nümayəndələri Qələbə Günü Qırmızı Meydanda görünəcəklər.
Çin prezidenti Si Tsinpin , Braziliya prezidenti Lula Silva və Fələstin prezidenti Mahmud Abbas da 9 Mayda Moskvaya gələcəklərini təsdiqləyiblər. Moskvada keçiriləcək Qələbə Paradında İsrailin nümayəndələri də iştirak edəcəklər.Bundan başqa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin (Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Tacikistan) liderləri də Qələbə Gününə gələ bilərlər. Vyetnam, Monqolustan, Laos Respublikasının liderləri də Qələbə Günündə iştirak etmək üçün Putindən dəvət alıblar. Newsweek-in məlumatına görə, Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd edilməsində “ABŞ-dan xüsusi qonaq” da iştirak edə bilər. İkinci Dünya Müharibəsi zamanı faşist Almaniyasına dəstək verən Macarıstan isə 9 may qələbə paradında iştirakını istisna edib. Baş nazir Viktor Orban qeyd edib ki, o, Vladimir Putinin 2025-ci il mayın 9-a olan dəvətini qəbul edə bilməyəcək, çünki “Macar xalqı üçün İkinci Dünya Müharibəsinin başa çatması digər ölkələrlə müqayisədə fərqli məna kəsb edirdi”. Həmçinin, Qırmızı Meydandakı parada Almaniya da qatılmayacaq. Belə ki, Almaniyanın Rusiyadakı səfiri Aleksandr Lambsdorf bildirib ki, Berlin təmsilçiləri “Ukraynada münaqişə bitənə qədər” 9 May bayramında iştirak etməyəcəklər. NEWS.ru ilə söhbətində Dövlət Dumasının deputatı Aleksandr Tolmaçov isə qeyd edib ki, "heç kim almanları Qələbə günü münasibıtiylə Moskvaya dəvət etməyib". Bir sözlə mayın 9-da keçiriləcək təntənəli tədbirlərdə dost olmayan ölkələrin liderləri iştirak etməyəcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva onlara heç bir dəvət göndərməyib.
ZÜMRÜD