“Reuters” öz mənbələrə istinadən xəbər verir ki, İsrail Türkiyənin bu ölkədə artan təsirinə qarşı Suriyada Rusiya bazalarını saxlamaq üçün ABŞ-a lobbiçilik edir. Agentliyin məlumatına görə, İsrail Türkiyə və islamçı rejimin mövqelərini gücləndirəcəyi təqdirdə Suriyanın HƏMAS və digər terror qruplaşmalarının bazasına çevrilə biləcəyindən ehtiyat etdiyi üçün Suriyanın zəif və mərkəzsiz saxlanmasının tərəfdarıdır. İsrail nümayəndələri Ağ Ev və Konqres nümayəndələri ilə danışıqlarda ardıcıl olaraq öz mövqelərini ABŞ-a çatdırırlar. Lakin Tramp administrasiyasının Suriya ilə bağlı planları hələ də bəlli deyil.
Surxay Əliyev