Axios xəbər verir ki, görüşdə Trampın və vitse-prezident Vensin davranışı demokratları qəzəbləndirib. Respublikaçı Don Bekon Axios üçün tvitində cümə gününü "Amerikanın xarici siyasəti üçün pis gün" adlandırıb. “Ukrayna müstəqillik, azad bazarlar və qanunun aliliyini istəyir. O, Qərbin bir parçası olmaq istəyir. Rusiya isə bizə və Qərb dəyərlərimizə nifrət edir. Biz azadlığın tərəfdarı olduğumuzu açıq şəkildə bildirməliyik”, - deyə o bildirib. Nümayəndə Mayk Louler X sosial media saytındakı paylaşımda görüşü “xüsusilə Ukrayna üçün fəlakət” adlandırıb. “Təəssüf ki, bu günün yeganə qalibi Vladimir Putindir”, deyə o əlavə edib. Demokratlar Trampın və ABŞ-ın vitse-prezidenti Vensın davranışlarını qınamaqda demək olar ki, yekdil olub. Senatda azlıqların lideri Çak Şumer isə sosial şəbəkədə X- hesabında "Tramp və Vens Putinin çirkin işlərini görürlər." Senatın Demokratları azadlıq və demokratiya uğrunda mübarizəni heç vaxt dayandırmayacaqlar” –deyə yazıb.
Surxay Əliyev