Amerika diplomatiyasının rəhbəri həmçinin qeyd edib ki, Zelenski sülh razılaşmasını istəməyə bilər. Lakin bununla belə Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Tramp və vitse-prezident J.D.Venslə görüşün “onun üçün fiaskoya” çevrirdiyi iddiasına görə üzr istəməlidir. Bunu ABŞ dövlət katibi Marko Rubio CNN telekanalına müsahibəsində deyib. Rubio Zelenskinin Rusiya ilə müharibəni faktiki olaraq bitirmək istəyinə şübhə etdiyini bildirib və əlavə edib ki,Zelenskinin ora gedib antaqonist olmasına ehtiyac yox idi”.Amerika diplomatiyasının rəhbəri həmçinin görüş zamanı Zelenskinin Vensin sülhə gedən yolun “diplomatiyadan keçə biləcəyi” ifadəsini işlədərkən vitse prezidentlə danışıq tonunu tənqid edib. Zelenski isə cavab verib ki, 2019-cu ildə Putinlə danışıqlar aparılıb və onunla Donbassda atəşkəslə bağlı sazişlər imzalayıb, lakin Rusiya bir qayda olaraq onları pozub. Surxay Əliyev