ABŞ prezidenti Donald Trampla mübahisədən sonra Ukrayna lideri Vladimir Zelenski ilk müsahibəsini Amerikanın Fox News telekanalına verib. Trampdan üzr istəməyi planlaşdırırmı sualına cavab olaraq Zelenski deyib ki, o,özünü günahkar hiss etmir. "Mən prezidentə hörmət və Amerika xalqına hörmət edirəm. Düşünürəm ki, biz səhv bir şey etməmişik". Venslə mübahisəyə görə peşman olub-olmaması ilə bağlı suala isə cavab olaraq Ukrayna lideri etiraf edib ki, “bu çox da yaxşı olmayıb”. Amma eyni zamanda vurğulayıb ki, Trampla münasibətləri iki prezident arasındakı münasibətdən yüksək olmalıdır, çünki “söhbət xalqlarımız arasındakı münasibətlərdən gedir”. İndi Ağ Evə qayıtmağa hazır olub-olmadığını soruşduqda, Zelenski “Xeyr” cavabını verib. Amerikanın Ukraynaya yardımı haqqında suala isə cavab olaraq "Mən Trampa və ABŞ xalqına köməyə görə minnətdaram. Siz bizim sağ qalmağımıza kömək etdiniz. ABŞ-ın dəstəyi olmadan bizim üçün çətin olacaq. Ona görə də buradayam", - deyə Zelenski bildirib.
Surxay Əliyev