Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Kanal 7”nin 30-cu ildönümü proqramında çıxışı zamanı terrorizmlə mübarizə barədə danışıb. Türkiyə lideri bəyan edib ki, terror təşkilatının vaxtilə istismar vasitəsi kimi istifadə etdiyi bəhanələrinin demək olar ki, hamısı ya aradan qalxdı, ya həll edildi, ya da yoluna qoyuldu. SİTAT: "Terrorsuz Türkiyə uğrunda aparılan mübarizədə dünəndən etibarən artıq yeni bir mərhələyə keçildi. Qarşımızda min illik qardaşlığımızın arasına hörülən terror divarının dağıdılması hədəfinə doğru gedən yolda tarixi bir addım atmaq fürsəti var. Başlayan prosesin əhatəli yerinə yetirilib-yetirilmədiyini aidiyyəti qurumlarımız vasitəsilə diqqətlə izləyəcəyik."
Mətləb