Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas,Ukrayna üçün təhlükəsizliyin yeganə effektiv təminatı NATO-ya üzvlük olduğunu deyib."European Pravda" xəbər verir ki, o, bunu Vaşinqtona səfəri zamanı AFP-yə müsahibəsində deyib. Niyə biz NATO-dayıq?-deyən Kallas izah edib ki, çünki biz Rusiyadan qorxuruq. Və bizim üçün yeganə təhlükəsizlik zəmanəti - NATO çətiridir".Bu ayın əvvəlində telefon danışığı ilə Putinin təcridini pozan Tramp çərşənbə günü Ukraynanı NATO-ya üzvlüyü unutmağa çağırıb.Kallas Trampın mövqeyini tənqid edərək bildirib ki,mənim sualım ondan ibarətdir ki, biz nə üçün Rusiyaya etdiklərindən əlavə istədiklərini də verməliyik.Rusiya Ukraynaya hücum edib, ərazilərini ilhaq edib, biz isə isə əlavə olaraq ona nəsə təklif etməliyik?, Kallas Trampa müraciətlə “Amerikada 11 sentyabr hadisəsindən sonra siz Usamə bin Ladenlə oturub “Yaxşı, başqa nə istəyirsiniz?” deyərdinizmi, axı bu, ağlasığmazdır”, - deyə Kallas vurğulayıb.
Surxay Əliyev