Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryanın evində oğurluq hadisəsi baş verib. Erməni mediasının yazdığına görə, hadisə bir neçə gün bundan əvvəl baş verib. Məlumatda deyilir ki, oğrular mənzildən təxminən 50 min dollar civarında qiymətli əşyalar aparıblar. Məlumata görə,oğrular onun evinə qapını xüsusi açarla açaraq daxil olublar. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları soyğunda iştirak etdikləri iddia olunan bir qrup şəxsi saxlayıblar. N.Baqdasaryan baş verən oğurluq hadisəsi ilə bağlı şərh verməkdən imtina edib.
Mətləb