Romanın simvolik tikililərindən olan Trevi fəvvarəsinə icazəsiz girən turistlər qalmaqal yaradıblar. Yeni zelandiyalı üç turist Trevi fəvvarəsinə girmək istəyərkən polis tərəfindən saxlanılıb. Lakin onlardan biri polisdən qaçaraq tarixi fəvvarənin içinə atlayıb. Həmin şəxsin spirtli içkinin təsiri altında bu addımı atdığı bildirilib. Sərxoş turist 500 avro cərimələnib və buranı ziyarət etməsinə ömürlük qadağa qoyulub.
Mətləb