Böyük Britaniyada sığınacaq axtaran insanların sayı ötən il rekord həddə çatıb. Bu barədə Böyük Britaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Rəsmi məlumata görə, 2024-cü ildə ölkədə sığınacaq üçün müraciət edənlərin ümumi sayı 108 min 138 nəfər olub. Bu, 2001-ci ildən bəri aparılan qeydlər üzrə ən yüksək göstəricidir. Bundan əvvəlki rekord 2002-ci ilin dekabr ayına qədər olan 12 aylıq dövrdə qeydə alınan 103 min 81 nəfər olub.
Mətləb