ABŞ prezidenti Tramp “Ukrayna lideri Vladimir Zelenskini diktator adlandırdığını yerli-köklü danıb və deyib “inana bilmirəm” “doğrudan bunu mən dedim” – deyə özünü bilməməzliyə qoyub.. BBC xəbər verir ki,bu barədə o, Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşü zamanı bildirib. Tramp Zelenskini hələ də diktator hesab edib-etmədiyini soruşduqda, " Bunu mən dedim”? “Bunu dediyimə inana bilmirəm" deyib. Həmçinin Amerika prezidenti Rusiya prezidenti Vladimir Putinə etimadını şərh edərkən, “inan, amma yoxla” deyib. The Guardian” yazır ki, o, Zelenski ilə planlaşdırdığı mədən müqaviləsinin Ukrayna üçün “sığorta mexanizmi” olacağını deyib. "Prezident Zelenski cümə günü səhər mənimlə görüşə gələcək. Biz hər iki tərəf üçün vacib bir saziş imzalayacağıq, bu bizə o ölkəyə çıxış imkanı verəcək və orada fəaliyyət göstərməyə imkan verəcək", - deyə Tramp izah edib. O, həmçinin əlavə edib ki, bunu “sığorta mexanizmi də adlandırmaq olar”. Saziş imzalanandan sonra o, sülhməramlı qüvvələrin yerləşdirilməsini müzakirə etməyə hazırdır: “Sülhməramlılardan danışmazdan əvvəl ilk növbədə müqavilə lazımdır. Biz hələ ki, onu imzalamamışıq. Amerika lideri əlavə edib ki, razılıq əldə edildikdən sonra Ukraynada təhlükəsizliyin təmin edilməsi ən asan hissədir, lakin razılaşmaların əldə olunması prosesinin özü ən çətindir. "Biz, Ukraynaya mümkün qədər çox torpaq qaytarmağa çalışacağıq. Lakin Ukrayna NATO-ya daxil olmayacaq", - deyə o əlavə edib.
Qeyd edək ki,bir neçə gün öncə Tramp Zelenskini “seçkisiz diktator” adlandırmışdı,
Surxay