ABŞ-la danışıqlarda Rusiya rəsmiləri Ukraynada müharibənin həlli üçün istənilən sülh sazişinin Rusiyanın 2021-ci il tələblərinə əsaslanmasında israrlıdırlar. Onların arasında hazırda Ukraynanın nəzarətində olan və bir milyondan çox insanın yaşadığı ərazi və şəhərlərin Rusiyaya təslim edilməsi də var. Bunu Müharibənin Tədqiqi İnstitutunun mütəxəssisləri yeni hesabatlarında vurğulayırlar. Lavrov təkid edir ki, Rusiya Konstitusiyası guya Rusiya sərhədlərinin Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini bütövlükdə əhatə etməsini nəzərdə tutur.Hansı ki,ruslar hələ onların heç birini tam şəkildə işğal etməyiblər. Bir sözlə Lavrov Rusiyanın uzun müddətdir Ukraynaya qarşı irəli sürdüyü maksimalist tələbləri “yenidən gündəmə gətirir”, ISW analitikləri qeyd edirlər ki, Rusiya beynəlxalq hüquqa əsasən Ukrayna ərazilərinin bu ölkə tərəfindən işğalının tam qeyri-qanuni olmasına baxmayaraq, bunun üçün “psevdo-hüquqi” əsaslandırmalardan istifadə edir. Beləliklə, Lavrov “Rusiya Konstitusiyası”nın ABŞ-la gələcək danışıqlarda guya qanuni və deməli, “zəruri” amil olduğunu təkid etdi. “Bununla da Kreml Ukraynadan rus qoşunlarının hələ işğal etmədiyi və hətta ələ keçirmək perspektivi olmayan bir neçə böyük şəhəri və faktiki olaraq bir milyon ukraynalı əhalini Rusiyaya təslim etməyi tələb edir”, - deyə SW qeyd edir. Bir sözlə Lavrovun ritorikası çox güman ki, Rusiya ordusunun döyüş meydanında güc yolu ilə əldə edə bilmədiklərini danışıqlar yolu ilə əldə etmək cəhdidir. “Kremlin daha çox Ukrayna torpaqlarını ələ keçirmək niyyəti isə ABŞ və Avropanın Ukraynada davamlı sülh əldə etmək səyləri ilə birbaşa ziddiyyət təşkil edir.Və bu Rusiyanın xoş niyyətlə danışıqlar aparmaq və ya güzəştlər təklif etmək əvəzinə Ukrayna ərazilərini qanunsuz işğal etmək istəklərindən xəbər verir” - deyə ISW analitikləri yekunlaşdırıb.
Surxay Əiyev