Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Məlumatda müvəqqəti sığınacaqların, o cümlədən yanacağın olmaması və bölgədə kəskin soyuqlar üzündən yüzlərlə fələstinli ailənin ölümcül təhlükəylə üz-üzə qaldığı vurğulanır. Valideynlərin övladlarını isitmək üçün gördüyü bütün tədbirlərə baxmayaraq, anklavda ən azı 15 yeni doğulmuş və körpə hipotermiya səbəbindən dünyasını dəyişib. Telekanalın məlumatına görə, Qəzzada ilkin ehtiyaclar, ədyal və istilik təchizatına təcili ehtiyac duyulur.Məlumatda həmçinin bölgəyə humanitar yardım və yanacağın tədarükünün İsrail hakimiyyəti tərəfindən məhdudlaşdırıldığı bildirilir .
Surxay Əliyev