Fevralın 26-da Nazirlər Kabinetinin iclasındakı çıxışında Tramp Ukraynada sülhün əldə oluna biləcəyinə inandığını deyib və buna misal olaraq Vladimir Putinlə söhbətini göstərib:- Sitat - "Putinlə də,Zelenski ilə də çox yaxşı söhbətlərim oldu.Hansı ki, 4 həftə əvvəl heç kim heç kimlə danışmırdı.Heç kim sülhün əldə oluna biləcəyini düşünmürdü"-sitatın sonu. ABŞ prezidenti “sülh sazişi” çərçivəsində Ukraynaya mümkün ərazi güzəştlərini də şərh edərək, “daha yaxşı sövdələşmə”nin bağlanmasına çalışacağına əmin edib. Və əlavə edib ki,biz hər iki tərəf üçün ən yaxşı sövdələşməni əldə etmək üçün əlimizdən gələni edəcəyik. Ancaq Ukrayna üçün daha çox çalışacağıq ki, onlar mümkün qədər çox ərazilərini geri ala bilsinlər. ", - deyı Tramp bildirib.
Bununla belə ABŞ prezidenti bəyan edib ki, Ukrayna gələcək “sülh sazişi” çərçivəsində “NATO-nu unutmalı olacaq”. Tramp həmçinin Ukraynaya konkret təhlükəsizlik zəmanəti vəd etməkdən də imtina edərək, bunu Avropanın etməli olduğunu bildirib
Surxay Əliyev