ABŞ prezidenti Donald Tramp ilk dəfə olaraq Ukrayna ilə Rusiya arasında sülhə nail ola bilməyəcəyini etiraf edib. O, bunu Amerika hökumətinin iclasında mətbuata açıqlamasında deyib. Tramp mətbuata açıqlamasında “hər iki tərəf üçün ən yaxşı razılaşma”nın əldə edilməsi üçün əlindən gələni edəcəyini bəyan etməklə yanaşı əlavə edib ki,bizə çox güvənirsiniz, amma bunun nəticə verməmək şansı da var.".UNİAN-ın xəbərinə görə, Ukraynaya sülh gətirmək vədləri ilə Donald Tramp seçki kampaniyası zamanı seçicilərini inandıra bilmişdi ki, o, Ukraynadakı müharibəni prezident vəzifəsinə gəldikdən 24 saat ərzində bitirə bilər. Lakin bir ay sonra o, ritorikasını qəfil dəyişərək Ukraynada sülhün bərqərar olması üçün saatlar deyil, aylar tələb olduğunu qeyd edir.
Surxay Əliyev