Ukrayna prezidenti Vladimir Zelenski çoxdan gözlənilən mineral sövdələşməsini imzalamaq üçün cümə günü Vaşinqtona səfər edəcək. Associated Press xəbər verir ki, Tramp özü bunu elan edərək,həmin sazişi “çox vacib razılaşma” adlandırıb. O, bu sazişi Co Bayden dövründə Ukraynaya yönəldilmiş hərbi yardımları ödəmək şansı kimi qiymətləndirib. "Əvvəlki administrasiya bizi çox pis vəziyyətdə qoydu, lakin biz nəinki bu pulu,hətta gələcəkdə daha çox pulu geri alacağımız barədə razılığa gələ bildik", - deyə Tramp bildirib. Öz növbəsində Zelenski də ABŞ-a dəvət aldığını təsdiqləyərək, ofislərin hazırda bunun üzərində işlədiyini bildirib. Zelenskinin sözlərinə görə, onun üçün ABŞ prezidenti Donald Trampla nadir torpaq metallarına dair sazişi imzalanması qarşılığında Vaşinqtondan hərbi yardımın dayanmayacağını dəqiqləşdirmək vacibdir. “ABŞ-dan sonra isə Londona getməyi planlaşdırıram. - deyə Ukrayna prezidenti sözlərinə əlavə edib.
Surxay Əliyev