Avropa nəşrləri Fransa prezidenti Emmanuel Makronun ABŞ-a səfərini "topa tutub". “Politico” nəşri Fransa Prezidentinin Donald Trampdan Ukrayna üçün təhlükəsizlik zəmanəti almaq məqsədilə Vaşinqtona səfərini vaxt itkisi adlandırıb. "Makron Trampın dəstəklə bağlı heç bir dəqiq vəd vermədiyini bildirib. Buna görə də bu məsələdə strateji qeyri-müəyyənlik qalmaqdadır", - avropalı diplomat deyib. Nəşrin müsahibi Makronun səfərinin “vaxt itkisi” olduğunu vurğulayıb. Tramp fevralın 26-da Ağ Evdə öz kabinetinin ilk iclasında bildirib ki, ABŞ administrasiyası Ukrayna hakimiyyətinə hər hansı yeni təhlükəsizlik zəmanəti təklif etmək niyyətində deyil. Onun fikrincə, bununla Avropa məşğul olmalıdır. Mətləb