İlk hesabat çərşənbə günü Konqresə təqdim olunacaq. Respublikaçılar Sorosun maliyyə və investisiya fəaliyyətini yoxlamaqda çox maraqlıdırlar. Konkret olaraq, onlar bilmək istəyirlər ki, Bayden administrasiyasının son aylarında Sorosun şirkəti ölkə daxilində 200-dən çox radio stansiyasını idarə edən media şirkəti Audacy-nin payını necə alıb. Konqresmenlər hesab edirlər ki, media strukturu ABŞ-da güc və siyasət balansına ciddi təsir göstərmək iqtidarındadır. Respublikaçılar onu da deyirlər ki, sağçı siyasi baxışlara qarşı ayrı-seçkilik törədən “qərəzli media”ya qarşı tədbir görülməsi vacibdir. Yada salaq ki, Donald Tramp Ağ Evə qayıtdıqdan dərhal sonra hökumətin maliyyəsinin auditinə başlanılıb. Bununla da Demokratların hakimiyyətdə olduğu dönəmdə amerikalı vergi ödəyicilərinin pullarının dünyada hansı proqramlara xərcləndiyi şebhəsiylə USAİD qalmaqalı başladı. Tramp dəfələrlə demokratların onun araşdırmalarına mane olmağa çalışdıqlarını bildirib. Amma onun dayanmaq fikri yoxdur. Hazırkı təhqiqat da onu deməyə əsas verir ki, Respublikaçılar indi təkcə ABŞ-dan nə qədər pulun çıxdığını yox, həm də Amerika bazarına kimin və hansı məqsədlə sərmayə qoyduğunu araşdırır
Surxay Əliyev.