Ukraynanın baş naziri Denis Şmıqal ABŞ-la Ukrayna arasında mineral ehtiyatlarına dair sazişin yekunlaşdığını,lakin təhlükəsizlik zəmanəti olmadan hər hansı bir müqavilənin imzalanmasının nəzərdən keçirilmədiyini vurğulayıb. Və əlavə edib ki,bu müqavilə bir başa təhlükəsizlik zəmanətləriylə bağlıdır. Ona görə də,nə prezident, nə də hökumət bu sazişin imzalanmasını Ukraynanın təhlükəsizlik təminatlarından təcrid olunmuş şəkildə nəzərdən keçirməyəcək”, - deyə baş nazir əmin edib. Şmıqal ABŞ hökumətinin Ukraynanın davamlı sülh yaratmaq yönündə təhlükəsizlik təminatlarına nail olmaq səylərini dəstəklədiyini önə çəkərək qeyd edib ki,tərəflər Fond Sazişində göstərildiyi kimi, qarşılıqlı investisiyaları qorumaq üçün lazım olan addımları atmağa çalışacaqlar.Şmıqal onu da qeyd edib ki, Ukrayna hökumətinin bu gün yekun saziş layihəsini təsdiq edəcəyi gözlənilir.
Daha əvvəl “Financial Times” –ın mənbələri isə Ukrayna və ABŞ-ın mineral ehtiyatlar üzrə sövdələşməyə dair razılığa gəldiyini,lakin layihədə guya ABŞ-ın təhlükəsizlik zəmanətlərindən bəhs olunmadığını bildirmişdi. Surxay Əliyev