ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabında süni intellekt vasitəsiylə yaradılan və Qəzza zolağının gələcəyini özündə əks etdirən görüntü paylaşıb. Bu barədə “European Pravda” məlumat yayıb. Bu qısa videoda, ilk öncə HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumuna cavab olaraq İsrail hərbi qüvvələrinin əməliyyatı nəticəsində tamamilə dağıdılan Qəzza zolağındakı dağıntı səhnələri yer alır, ardınca “Qəzza 2025 yazısı görünür... Daha sonra videoda ekzotik çimərliklər, göydələnlər, dəbdəbəli yaxtalar və insanların əyləndiyi “Orta Şərq Rivierası”na çevrilən ərazi görüntülənir.Küçələrdə Tesla avtomobilləri şütüyür, İlon Maska oxşayan bir adam çörək yeyir, saqqallı kişilər açıq ətəklərdə rəqs edir, bir uşaq əlində Trampın başına oxşar nəhəng qızıl top tutur. Videoda həmçinin Trampın gecə klubunda cılız geyinmiş qadınla rəqs etməsi, İlon Maskın insanları pul yağışına tutması, ucaldılan Tramp-Qəzza binası, rəflərdə isəTrampın simvolları olan qızıl suvenirlər görünür.Meydanın ortasında isə Trampın nəhəng qızıl heykəli əks olunub. Sonda Tramp və İsrailin baş naziri Benyamin Netanyahu hovuz kənarında kokteyli içərək günəşlənirlər. Videoda rəqs treki ilə müşayiət olunan mahnıda deyilir: “Donald Tramp sizi azad edəcək, hamıya həyat gətirəcək, artıq tunellər, qorxu olmayacaq, Tramp- Qəzza nəhayət buradadır”. Məlum olduği kimi,Tramp bu yaxınlarda bildirib ki, ABŞ Qəzzaya “nəzarəti ələ keçirərsə” Fələstin ərazisini “Yaxın Şərqin Rivierası”na çevirərək, “böyük işlər görə bilər”. O, həmçinin Qəzzanın Fələstin əhalisinin Misir və İordaniya kimi qonşu dövlətlərə köçürülməsini, İsrail isə onları Fələstin dövlətini tanıyan Avropa dövlətlərinə köçürülməsini təklif etmişdi.
Surxay Əliyev