Honduras Prezidenti Siomara Kastronu daşıyan helikopter ölkənin mərkəzində cəngəlliyə məcburi eniş edib. "El Heraldo" nəşrinin yazdığına görə, Kastro respublikanın şimal-şərqindəki San-Pedro-Sula şəhərinə işgüzar səfərindən Tequsiqalpa qayıdırmış. Lakin Kortes departamentinin El-Balin yaşayış məntəqəsi ərazisində helikopter təcili eniş edib. Honduras Prezidentinin və onunla birlikdə olan sərnişinlərin insident zamanı xəsarət almadığı bildirilir.
Mətləb