Rusiyanın özünü imperiya kimi gördüyünü deyən Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bəyan edib ki, Rusiya Ukrayna üzərində nəzarəti ələ keçirsə, onun növbəti hədəfi Polşa olacaq. O, bu barədə fevralın 24-də keçirilən xüsusi YES iclasında bildirib. Budanov qeyd edib ki, Rusiya özünü federasiya deyil, imperiya hesab edir. Kəşfiyyatçının fikrincə,Rusiya Sovet İttifaqına bənzər bir imperiyanı bərpa etməyi hədəfləyir."Əgər ən pis ssenari baş versə və üç ölkə birləşsə (Rusiya, Belarus, Ukrayna ) baxmayaraq ki, bu, mümkünsüz görünür. O zaman sonrakı hədəf Polşa olacaq. Bunu sizə birbaşa deyirəm. Lakin bundan qorxmaq yox, bunu başa düşmək lazımdır. Sonrakı hədəf Çexiya, Macarıstan, Bolqarıstan olacaq.”, - deyə Budanov qeyd edib.
Surxay Əliyev