Tramp administrasiyası beynəlxalq humanitar hüququ pozaraq müttəfiqlərin ABŞ istehsalı olan silahlardan istifadəni qadağan edən Bayden dövründən qalma qaydanı ləğv edib. “The Washington Post” isə yazır ki, bu, ABŞ-ın dünyadakı reputasiyasına xələl gətirə bilər. Belə ki,Bayden ABŞ-ın İsrailə hərbi yardımını məhdudlaşdırılmasını tələb edən demokratların təzyiqi altında memorandumu imzalamağa razılaşmışdı. Onlar bu hərbi yardımın Qəzza zolağında mülki insanlara zərər vermək üçün istifadə edildiyini iddia ediblər. Washington Post xatırladıb ki, NSM-20-nin ləğvi Tramp administrasiyasının heç də ilk addımı deyil. İlk prezidentliyi dövründə də Tramp iqtisadi mülahizələri mülki maraqlardan üstün tutan siyasət yürütmüşdü. Yanvar ayında vəzifəyə qayıtdıqdan bir neçə gün sonra Pentaqon döyüş zamanı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün Bayden administrasiyası zamanı yaradılan şöbənin ləğvi prosesinə başladı.
Surxay Əliyev