Fransa prezidenti Emmanuel Makron Ukraynadakı müharibədə yaxın vaxtlarda atəşkəs əldə olunacağını bildirib.Fransa prezidenti bu fikirləri “Fox News”a müsahibəsində səsləndirib. Makron Amerika prezidentiylə görüşdən sonra jurnalistlərə bildirib ki, ilk öncə bizə atəşkəs lazımdır. Düşünürəm ki, bu, yaxın həftələrdə baş verə bilər.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp və komandasının yaxın vaxtlarda Ukrayna və Rusiya arasında atəşkəs sazişi bağlayacaqlarına əmin olduqları bildirilib. Bununla yanaşı Makron Rusiya prezidenti Putinlə təmasları bərpa etməyə hazır olduğunu bəyan edib. Surxay Əliyev