Fransa Prezidenti Emmanuel Makron ABŞ-dan dəstək vədinə və ya Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı mövqeyində dəyişikliyə nail olmadan Vaşinqtonu tərk edib.
Bu barədə “The Guardian” qəzetində dərc olunan məqalədə deyilir.
Nəşrin məlumatına görə, Emmanuel Makron və həftəsonunda Vaşinqtona səfər edəcək Böyük Britaniyanın Baş naziri Kir Starmer son onilliklərin ən ciddi böhranını yaşayan transatlantik alyansı xilas etməyə çalışır. Starmer həm də ABŞ liderinin Avropadan üz çevirməsinin qarşısını almaq kimi çətin vəzifə ilə üz-üzədir.
ZÜMRÜD