Bu barədə Fox News televiziyasının efirində Ağ evin mətbuat katibi Kerolayn Livit danışıb. “Biz gözləyirik ki,bu görüş tezliklə baş tutacaq əsasən də prezident Zelenskiylə”- deyə o, bildirib. Ağ evin mətbuat katibi qeyd edib ki,Tramp istəyir ki,Kiyevlə Vaşinqton arasında nadir torpaq metalları haqda saziş imzalansın. “O prezident Zelenskinin bu sazişi imzalamasını gözləyir. Amerika vergi ödəyicilərinin Ukrayna üçün etdiklərini nəzərə alımaq baxımından bu düzgün addım olardı.Əgər amerikalılar olmasaydı bu gün Ukrayna dövlət kimi mövcud olmayacaqdı və prezident Tramp bunu başa düşür”- deyə Livitt əlavə edib.
Surxay Əliyev