Bu barədə BMT-nın X sosial şəbəkəsində məlumat verilib. İlk öncə Aİ ölkələri və Ukraynanın hazırladığı qətnamə səs verməyə çıxarılıb. Bu qətnamənin lehinə 93, əleyhinə iisə 8 ölkə səs verib.Sənədin əleyhinə səs verənlər arasında ABŞ, Rusiya və Macarıstan olub, Çin isə bitərəf qalıb. Daha sonra ABŞ-ın hazırladığı qətnamə səs verməyə çıxarılıb. TASS-ın yazdığığına görə, ABŞ-ın qətnaməsinə Avropa ölkələri tərəfindən düzəlişlər edilib. Belə ki,“Rusiya ilə Ukrayna arasında münaqişə” sözləri Rusiyanın “tammiqyaslı işğalı” ifadəsiylə əvəz edilib. Qətnamə layihəsinin lehinə 92, əleyhinə 8 ölkə səs verib, ABŞ da daxil olmaqla 73 ölkə isə bitərəf qalıb. BMT Baş Assambleyası Rusiyanın qətnaməyə düzəlişini dəstəkləməyib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Rusiya “Ukrayna böhranının səbəblərini aradan qaldırmağın vacibliyi haqqında” sənədə düzəlişlər edib. “Washington Post” isə yazır ki, ABŞ-ın qətnamə layihəsi dörd sətirdən ibarət olub və orada insan itkisi ilə bağlı “kədər”dən bəhs edilir, Və BMT-nin “əsas məqsədinin” sülhü qorumaq və mübahisələri həll etmək olduğu qeyd edilir. Həmçinin sənəddə “münaqişəyə son qoyulması” və “Ukraynayla Rusiya arasında davamlı sülhün” bərqərar edilməsinə çağırış edilir. “Financial Times” qəzeti isə qeyd edib ki, ABŞ nümayəndələri öz qətnamələrində Ukraynanın hərəkətlərini Rusiyanın hərəkətləri ilə eyniləşdiriblər.
Surxay Əliyev