Qərb nəşrləri ABŞ maliyyə nazirinın Kiyevdə resurs sazişi ilə bağlı danışıqlarının yeni təfərrüatlarını dərc edir. “Vladimir Zelenski ABŞ-ın maliyyə naziri Skott Bessentin Kiyevə səfəri zamanı ona qışqırdı. İclasda, məlum olduğu kimi, resurslarla bağlı razılaşma müzakirə olunurdu”.
Bu barədə “Financial Times” mənbəyə istinadən yazır. Nəşrin müəllifləri qeyd edirlər ki, “oradan gələn boğuq qışqırıqları başqa heç nə ilə qarışdırmaq olmazdı”. Qəzetin vurğuladığı kimi, həmin vaxt Zelenskinin ofisində gərginlik yaranıb və o, özü də son dərəcə qəzəbli olub. Bundan əvvəl Tramp da Kiyevdə Maliyyə Nazirliyinin rəhbərinə qarşı kobud münasibətdən danışıb. Surxay Əliyev