Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron Amerika lideri Donald Trampı Rusiya ilə danışıqlardan çəkindirmək niyyətindədirlər. Bu məlumatı Britaniyanın “The Times” nəşri yüksək rütbəli məmurlara istinadən verib. Onların sözlərinə görə, Starmer və Makron Ukraynanın təhlükəsizliyini təmin etmək üçün Trampa Avropa öhdəlikləri təklif etmək istəyirlər. “Keyr Starmer və prezident Makron bu həftə prezident Trampla görüşərkən ona Ukrayna ilə bağlı vahid mesajı çatdırmaq barədə razılığa gəliblər”, – deyə nəşr qeyd edir. Daha əvvəl isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinlə Trampın Ukrayna üzrə danışıqlar barədə razılığa gəldiklərini bildirmişdi
Əliyev Surxay