Türkiyənin xarici işlər naziri Hakan Fidan “Bloomberg”ə müsahibəsində Ukrayna məsələsi barədə danışıb. Türkiyə xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, "Ukraynanın NATO-ya üzv olmaq istəməsinə bir söz deyə bilmərik, ancaq çox realist olmalıyıq." Ukraynanın NATO-ya daxil olması ilə bağlı ABŞ Prezidenti Donald Trampın yanaşmasını dəyişib-dəyişdirməyəcəyi ilə bağlı suala Hakan Fidan belə cavablandırıb: "Əvvəlki administrasiyanın da Ukraynanın NATO-ya üzv olmasının tərəfdarı olub-olmamasından əmin deyiləm. Ona görə də bu məsələdə yeni siyasətin olduğunu düşünmürəm”.
Mətləb Salahov