Donald Trampın Ukrayna böhranı ilə bağlı son addımları, xüsusilə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa qurumlarını bu danışıqlardan kənarda qoyması "qoca qitəni" hərəkətə gətirib. Bu səhər Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta planlaşdırılan səfər çərçivəsində Kiyevə gediblər. Ukrayna mediasının yazdığına görə, Avropalı siyasətçilər V.Zelenski ilə görüşüb mühüm məsələri müzakirə edəcəklər.
Mətləb