Hizbullahının öldürülən lideri Həsən Nəsrullah və onun varisi Haşim Safiəddinin dəfn mərasimində on minlərlə insan iştirak edib. Vida mərasimi fevralın 23-də Beyrutdakı stadionda baş tutub. Hizbullah liderləri, 64 yaşlı Nəsrullahın və onun varisi Haşim Safiəddinin nəşi təxminən beş ay sonra dəfn edildi. Məlum olduğu kimi,27 sentyabr 2024-cü ildə Nəsrullah yerin 20 metr dərinliyində yerləşən bunkerdə digər Hizbullah liderləriylə görüşərkən İsrail təyyarələrinin endirdiyi aviazərbə nəticəsində Həsən Nəsrullahdan əlavə 30-a yaxın adam həlak olmuşdu. Oktyabrın 29-da Hizbullahın yeni baş katibi təyin edilən Naim Qassem qruplaşmanın gücünü nümayiş etdirmək üçün tərəfdarlarını Beyrutdakı dəfn mərasimində iştirak etməyə çağırıb. Mərasimin əvvəlində İsrailin bir neçə döyüş təyyarəsi Beyrut üzərində uçuşlar həyata keçirib.İsrailin müdafiə naziri İsrael Kats təyyarələrin “açıq bir mesaj verdiyini önə çəkərək vurğulayıb ki,İsraili məhv etməklə hədələyənlərin sonu gələcək və əlavə edib ki, "Siz dəfn mərasimlərində, biz isə qələbələrdə ixtisaslaşacağıq". Surxay Əliyev