ABŞ Prezidenti Donald Tramp hay-küylü addımlar atmağa davam edir. Ağ Evə köçər-köçməz dünyanın "altını üstünə çevirən" dəlisov Tramp haqqında daha bir sensasiyalı iddia ortaya atılıb. Ağ evin mətbuat katibi Kerolayn Livitt “The Hill” nəşrinə açıqlamasında bildirib ki, “ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün bu həftə razılıq əldə edə bilər”. Onun sözlərinə görə, Tramp və komandasının müharibəni bitirmək üçün Rusiya və Ukrayna ilə danışıqları davam etdirməyə fokuslandığını və bu həftə müharibənin sona çatması ilə bağlı razılığın əldə oluna biləcəyini bildirib. Livittin sözlərinə görə, Prezident Donald Tramp müharibəni bitirməkdə inamlıdır və mümkün razılaşma ABŞ-ın xərclərini azalda bilər. Ağ Evin mətbuat katibi hər halda kifayət qədər informasiyalı şəxsdir və son baş verənləri də göz önünə gətirsək, yaxın həftələrdə dünya qarışıq hamımızı yeni sürprizlər gözləyir.
Mətləb Salahov