ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti vermədən atəşkəsdə israrlıdır. Bunu Ukrayna prezidenti Vladimir Zelenski keçirdiyi mətbuat konfransında deyib. Ukraynanın ilk növbədə təminat tələb etdiyini dilə gətirən Zelenski zəmanətləri sadalayıb:
Avropa Birliyinə üzvlük;
800 minlik Ukrayna ordusunun Qərb tərəfindən maliyyələşdirilməsi;
Ukrayna ərazisində xarici kontingentin olması.
Zelenski qeyd edib ki,o, Kiyevin bu xahişlərini müzakirə etmək üçün ABŞ-a getməli olan Fransa prezidenti Emmanuel Makronla “hər gün” əlaqə saxlayır. Zelenski həmçinin ümid etdiyini bildirib ki, ABŞ müharibənin 2025-ci ildə bitməsi üçün hər şeyi edəcək.
Bununla belə Zelenski ehtiyat edir ki,“güc yolu ilə sülh, bir qədər Rusiyanın xeyrinə” ola bilər. Bundan əlavə, Zelenski Trampın Putinlə görüşündən əvvəl ABŞ Prezidentiylə görüş tələb edib. Ukrayna prezidenti həmçinin bildirib ki,Trampın onun “diktator” olması haqda dedikləridən heç də incimir. "Mənə ünvanlanan bu sözləri kompliment adlandırmazdım, o zaman nəyə görə inciməliyəm? Diktator olan "diktator" ifadəsindən inciyər. Biz birtəhər ABŞ-la yaşayacağıq", - deyə Zelenski bildirib.
Əliyev Surxay