Rus əsgərləri ukraynalı əsirləri güllələyib. Bu hərbi cinayətin qeydə alınması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün artıq BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi məlumatlandlrlb.
Belə ki,rus işğalçıları, Kursk istiqamətində ukraynalı hərbi əsirləri vəhşicəsinə edam ediblər. Müvafiq video sosial şəbəkələrdə yayılır. Bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Dmitri Lubineç məlumat verib. Ukrayna əsgərlərindən birinin sözlərinə görə, güllələnənlər arasında 82-ci briqadanın əsgərləri də var. Görüntülərdə rus əsgərinin silahsız məhbusun başına atəş açması əks olunur. Ombudsman Dmitri Lubineç bu cinayətin Rusiya ordusunun qeyri-insani qəddarlığının növbəti sübutu olduğunu vurğulayıb. Və bildirib ki, bu hərbi cinayətin qeydə alınması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün artıq BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əlaqə saxlayıb. "Hər bir cinayət araşdırılacaq, hər bir günahkar cəzasını alacaq!" – deyə Lubineç vurğulayıb.
Bundan əvvəl rusların 6 ukraynalı hərbi əsiri güllələdiyi bildirilirdi.
Əliyev Surxay