Prezident Vladimir Zelenski Ukraynaya sülh müqabilində vəzifəsindən istefa verməyə hazır olduğunu açıqlayıb. RBC-Ukrayna xəbər verir ki, o, bu barədə mətbuat konfransı zamanı bildirib.
Belə ki,mətbuat konfransı zamanı Zelenskidən prezident postunu tərk etməyə hazır olub-olmadığı haqda sorğuya cavab olaraq bildirib ki, sülhün müqabilində vəzifəsini tərk etməyə hazırdır. "Əgər Ukraynada davamlı sülh olarsa və həqiqətən də mənim vəzifəmi tərk etməyimə ehtiyacınız varsa, mən buna hazıram. İkincisi isə bu barədə uzun müddət danışmamaq üçün postumu NATO ilə dəyişə bilərəm", - deyə Zelenski jurnalistə cavab verib. Zelenski diqqətini 20 ildən sonraya deyil, bu gün Ukraynanın təhlükəsizliyinə yönəltdiyini və onilliklər ərzində hakimiyyətdə qalmaq fikrində olmadığını bildirib. "Hesab edirəm ki, bizim üçün NATO ən ucuz variant və doğru yoldur. Hər halda, kimin dəstəkləməsindən və ya dəstəkləməməsindən asılı olmayaraq, bu mövzu masadadır. Bu danışıqların necə bitəcəyini bilmirəm, amma bu məsələ mütləq müzakirə olunacaq", - deyə o, bildirib. Zelenski qeyd edib ki, bu məsələ tərəfdaşlarla müzakirə olunacaq. "Burada hamımızın başa düşməyimiz vacibdir - bu, Ukraynanın dəvət olunduğu danışıqlar masası deyil. Bu, bizim masamızdır, çünki müharibə Ukraynada davam edir. Məhz biz Avropa liderlərini dəvət edirik, çünki müharibə bizim torpaqlarımızda gedir. Və biz bu qitənin bir hissəsiyik", - deyə Zelenski vurğulayıb.
Surxay Əliyev