Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp, hər ikisi özünəməxsus şəkildə olsa da, unikal liderlərdir. Bu fikiri Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə verdiyi müsahibədə səsləndirib.
“Prezident Tramp seçkiləri Amerika üçün unikal bir nəticə ilə qazandı. Hətta tərəddüdlü ştatlarda belə. Bu gün Tramp hər iki palatada nəzarət gücünə malikdir. “Yəni, hakimiyyətinin sabitliyi, gücü nöqteyi-nəzərindən o, ABŞ-ın tamamilə unikal prezidentidir”, - deyə Kreml nümayəndəsi vurğulayıb. Bununla belə, Peskov öz şefini də təqdir etməyi unutmayaraq deyib ki,Putin “Trampdan heç də az unikal prezident deyil”. “O, 25 ildir ki,hakimiyyətdə olan prezidentdir. Onun əhali tərəfindən dəstək səviyyəsi isə görünməmiş dərəcədə yüksəkdir. “Kim nə deyirsə desin,” deyə Peskov vurğulayıb.
Surxay Əliyev